Azərbaycanda ovçuluq pullu oldu - Prezident fərmanı

img

19-03-2015 [10:42]


Azərbaycanda fərdi ovçuluq təsərrüfatı ilə məşğul olmaq istəyənlər 1100 manat rüsum ödəyəcəklər.

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə fərdi ovçuluq təsərrüfatlarının təşkili ilə bağlı maddə əlavə edilib.

Fərdi ovçuluq təsərrüfatı ilə məşğul olmaq istəyənlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1100 manat rüsum ödəməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA