Cahangir Hacıyev istefa verdi

img

18-03-2015 [22:28]


Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

Mia.az bankın saytına istinadən xəbər verir ki, İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA