Səhiyyə Nazirliyi 5 obyekti bağlayıb

img

18-03-2015 [17:09]


Səhiyyə Nazirliyi Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən ötən ay ərzində müəssisələrdə yoxlamalar aparılıb. 

Nazirlikdən verilən məlumata görə, yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib. 7 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 377, mikrobioloji göstəricilərinə görə 266, toksikoloji göstəricilərinə görə 23 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 2-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 1267 yaxma nümunəsi götürülüb, 5 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA