18-03-2015 [14:53]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin verdiyi məlumata görə, martın 17-si başlayan geomaqnit qasırğası axşama doğru kifayət qədər güclənib və Kp indeksi 9 ballıq şkala üzrə 8-ə çatıb.
Nəticədə G4 sinfinə aid olan və cari 11 illik Günəş tsiklinin ən güclü geomaqnit qasırğası baş verib: "Qasırğa bu gün də davam edir, lakin tədricən səngimək üzrədir. Orta en dairələrində neqativ təsir bu gün və qismən sabah hiss ediləcək. Risk qrupuna daxil olan insanların profilaktik tədbirlər görməsi məsləhət edilir. Böyük ehtimalla yaxın günlər ərzində yerüstü və yerətrafı texnoloji sistemlərə olan mənfi təsirlər haqqında da məlumatlar daxil olacaq”.
***
10:59
"Martın 15-də Günəş səthindəki 2297 nömrəli çox böyük ölçülü ləkənin yaxınlığında baş verən C9 sinfinə mənsub alışma nəticəsində nəhəng plazma kütləsi (tac kütlə atılması) Günəşdən ayrılıb və kosmik fəzaya doğru atılıb”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin BabayevinAPA-ya verdiyi məlumata görə, Yer ətrafı fəzaya gözlənildiyindən də tez - martın 17-də çatan qaynar plazma buludu Yer maqnitosferi ilə qarşılıqlı təsirdə olub, günün birinci yarısında G1 sinfinə yad olan geomaqnit qasırğası yaradıb.
E.Babayev qeyd edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi və Günəş küləyinin nisbətən yuxarı sürətə malik olması qasırğanı daha da artırıb. Nəticədə geomaqnit qasırğasını xarakterizə edən əsas indekslərdən biri olan Kp indeksi qısa müddət ərzində 6-ya çatıb (şkalanın maksimumu 9 olmaqla).
Günəş səthində 3 böyük ləkə qrupunun və cəmisi 57 ləkənin müşahidə olunmasına baxmayaraq, Günəşdə alışmaların generasiyası ehtimalı yüksək olaraq qalır. Hətta roentgen sinfinə mənsub olan X-alışmaların da baş verməsi istisna olunmur. Digər tərəfdən, Günəş səthində müşahidə olunan tac dəliklərindən (maqnit qüvvə xətləri açıq olan hissələr) öz başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyi martın 20-21-də əlavə geomaqnit həyəcanlanmasına səbəb olacaq. Geomaqnit vəziyyətin nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqamətindən və Günəş küləyinin sürətindən asılı olacaq.
E. Babayevin sözlərinə görə, mart ayının bayram günlərinə təsadüf edən günləri kosmikhavabaxımından təlatümlü keçir: "Maraqlıdır ki, geomaqnit qasırğalarının intensivliyində də fəsil asılılığı müşahidə olunur – gecə-gündüz gün bərabərliyi nöqtələri ətrafında olan dövrlərdə fon geomaqnit qasırğalarının intensivliyi nisbətən artır. Martın 20-də baş verəcək Günəş tutulmasını da nəzərə alsaq, mənzərə daha da rəngarəng olar. Martın 15-də İsveçrə və Cənubi Almaniya ərazisi üzərində baş verən meteor partlayışının parıltısı isə bədirlənmiş Aydan da parlaq olub”.
E. Babayev qeyd edib ki, bahar gələndə təbiət kimi, Günəş də oyanır: "Buna təbii baxaq və təşvişə düşməyək. Günəşin şıltaqlığı özü qədər də maraqlıdır. O, sağlam insanlara təsir etmir, sadəcə risk qrupuna daxil olan insanlar - xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, aktiv istirahət etməlidirlər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi