18-03-2015 [14:50]
MİA.-nın məlumatına görə, "Bizim Yol” qəzeti yazır ki, ekspertlərin fikrincə, bunlardan biri investisiya xərcləridirsə, digər istiqamət dövlət strukturlarının sayının azaldılması, bir sıra ştatların ləğv edilməsidir. Bir müddət əvvəl iqtisadçı-ekspert Qubad İbadoğlu bildirmişdi ki, Nazirlər Kabinetinin strukturuna 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət administrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. İqtisadçı bildirir ki, Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə çoxdur. Məsələn, dövlət nazirliklərinin sayı İtaliyada 14, Almaniyada və Belçikada 11, İspaniyada 9-dur. ABŞ-da da nazirlik səviyyəsində olan 11 federal hökumət qurumu fəaliyyət göstərir. Bu, Azərbaycanda bir-birinin fəaliyyətini təkrarlayan dövlət orqanlarının sayının çox olduğunu göstərir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev "Bizim Yol"a bildirib ki, ölkənin idarə edilməsində hökumət strukturlarında islahatların aparılması zəruridir: "Təbii ki, bu prosesdə əhalinin hər hansı bir formada əziyyət çəkməsi mümkündür. Söhbət ixtisarlardan gedirsə, bu məsələ aparılan islahatlar zamanı qaçılmaz bir prosesdir. Ümumiyyətlə, bu gün hökumətin strukturlaşdırılması ilə bağlı hüquqi baza çox zəifdir. Azərbaycanda hökumət haqqında qanun yoxdur. Yəni ayrı-ayrı dövlət qurumlarının nə üçün və hansı əsasla yaradılması barədə hüquqi sənədlər mövcud deyil. Nazirliklərin, komitələrin, icra strukturlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi barədə heç bir hüquqi baza yoxdur. Bu baxımdan siyasi postlarla peşəkar postların ayrılmasına, menecerlərin müəyyənləşməsinə ehtiyac var. Digər tərəfdən isə hökumətin strukturları optimallaşdırılmalı, onun səmərəliliyi artırılmalıdır. Yəni nazirliklər, komitələr və agentliklər yaradılırsa, onun funksiyası və məqsədi dəqiq bəlli olmalıdır. Nə üçün yaradılır? Hansı işləri həyata keçirəcək? Hansı sahələrdə nazirlik olmalıdır, yəni həmin istiqamətin siyasətini müəyyənləşdirib, icra etməlidir? Hansı sahələrdə isə siyasət deyil, sırf funksiyalar həyata keçirməlidir? Azərbaycanda bu məsələlərin heç birinə aydınlıq gətirilməyib".
İqtisadçı deyir ki, struktur islahatlarında ən vacib məsələ məhz siyasi qurumların digər funksional qurumlardan ayrılmasıdır: "Öncə hökumət üçün prioritet olan sahələr dəqiqləşdirilməlidir, önəm kəsb edən sahələr müəyyənləşdirilməlidir. Buna müvafiq olaraq ayrı-ayrı nazirliklər yaradılmalıdır. Bütün bunlar sistemli bir işdir".
A.Mehtiyev deyir ki, digər tərəfdən dövlət strukturlarının tərkibi optimallaşdırılmalıdır: "Bir tərəfdən peşəkar və məsuliyyətli bir hökumət olmalıdır. Bu gün Azərbaycanda institusional məsuliyyət deyilən bir anlam yoxdur. Ayrı-ayrı qurumların dəqiq çərçivələri, dəqiq səlahiyyətləri və məsuliyyətləri mövcud deyil. Dövlət qurumları həyata keçirdiyi işlərin nəticələrinin məsuliyyətini daşımırlar. Yalnız fərdi məsuliyyət mexanizmi var. O da Prezident qarşısında öhdəliyi olduğunu düşünür. Yəni fərdi-peşə məsuliyyəti yenə diqqətdən kənarda qalır. Bütün bunlar həll edildikdən sonra nazirliklərin say tərkibinin optimallaşdırılması məsələsinə keçmək olar. Mümkün qədər az sayda, az xərcli bir hökumətin qurulmasına çalışmaq lazımdır".
İqtisadçı hesab edir ki, itirilən iş yerlərini özəl sektorun inkişafı sığortalaya bilər: "İş yerlərinin itirilməsi islahatlar zamanı heç bir halda prioritet ola bilməz. Azərbaycanda iş yerlərinin yaradılması dedikdə, dövlət strukturlarında ştatların şişirdilməsi, bir-birini təkrarlayan, lazımsız qurumların yaradılması və onların dövlət büdcəsindən maliyyələşdirilməsi başa düşülür. Əslində, özəl sektorda yeni iş yerlərinin yaradılması barədə planlar həyata keçirilməlidir. Azad sahibkarlığa, əlverişli rəqabət mühitinə meydan verilməlidir ki, müstəqil iş yerlərinin açılması təmin olunsun. Dövlət strukturlarının tərkibində iş yerlərinin çoxaldılması, o qədər də səmərəli bir siyasət deyil. Elə hökumət qurumları var ki, orada görülən işlə çalışanların sayı arasında uyğunsuzluq var. Yəni elə dövlət qurumu var ki, işçi az, görülən fəaliyyət böyükdür, eləsi də var ki, ştatlar çoxdur, amma iş həcmi azdır. Bu baxımdan optimallaşdırma apardıqda bəzi dövlət müəssisələrində işçilərinin sayı arta bilər, nəinki azala".
Bu gün hansı dövlət qurumlarının birləşdirilməsinə ehtiyac olduğuna gəlincə, ekspert bildirdi ki, bunlar detallı məsələlərdir: "Mən ümumilikdə mexanizmin necə olmalı olduğunu söyləyirəm. Amma detallara varmaq üçün araşdırmaq lazımdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi