18-03-2015 [12:59]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən əşya-əmlakla, ərzaqla, təzə tərəvəzlə və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissə və obyektlərdə tikinti və yenidənqurma işləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Mərkəzi Əşya Bazası, Mərkəzi Ərzaq Anbarında yeni tikililərin və Maddi-Texniki Təminat Baş İdarəsinin 2-ci inzibati binasının açılışını həyata keçiriblər.
Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Qorxmaz Qarayev naziri qarşılayaraq ona məruzə edib.
Sonra Mərkəzi Əşya Bazasının inzibati və texniki ərazilərindəki tikililər və prespektiv planlar haqqında Müdafiə nazirliyinin rəhbərliyinə qısa məlumat verilib.
Müdafiə naziri yeni tikilmiş 3000 nəfərlik hamam-camaşırxana kombinatının açılışını edərək onun fəaliyyəti ilə tanış olub, orada çalışan qulluqçularla görüşüb və tövsiyələrini çatdırıb.
2015-ci ildə şəxsi heyətin təminatı üçün nəzərdə tutulmuş əşya əmlakının etalon nümunələrinə baxış keçirən Müdafiə naziri hərbi qulluqçuların daha keyfiyyətli geyimlə təmin olunmaları üçün qısa müddətdə görüləcək işlərlə bağlı tapşıraqlarını verib.
Texniki ərazidə inşa olunmuş 36 vaqon tutumlu, 1440 kvadrat metrlik saxlancın açılışı həyata keçirildikdən və əmlakın saxlanması qaydaları ilə tanışlıqdan sonra bazanın ərazisində texnikaların yeni üsulla boyanması işinə baxılıb.
Mərkəzi Ərzaq Anbarına gələn Müdafiə nazirinə inzibati və texniki ərazilərdə mövcud olan tikililər və inkişaf planı haqqında məlumat verilib.
Sonra yeni inşa olunmuş quru ərzaq məsullarının saxlanılması üçün 1000 tonluq, tərəvəz məsullarının saxlanılması üçün 1000 tonluq, tez xarab olan ərzaqların, ət və balıq məsullarının saxlanılması üçün 1000 tonluq soyuducu saxlanclarının və laboratoriya binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrin şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması məqsədilə yenidən yaradılan yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məsulları təminatı gücləndirmək məqsədilə birbaşa şəxsi heyətin qidalanmasına verilir. Gələcəkdə bu işə diqqət daha da artırılacaq.
Sonra Müdafiə nazirliyinin rəhbərliyi Maddi-Texniki Təminat Baş İdarəsinin yeni tikilən 2-ci inzibati binasının açılışında iştirak edib.
Qısa müddət ərzində avadanlıqlarla tam təchiz olunmuş binada sinif otaqları, interaktiv tir zalı, geniş idman kompleksi və kitabxana inşa edilib. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, şəxsi heyətin xidməti vəzifələrinin yerinə yetirilməsi üçün lazımi şərait yaradılıb. Binada yerləşən İdarə, xidmət, şöbə və bölmələrin xidməti, texniki və təminat otaqlarındakı vəziyyətlə tanış olunub, şəxsi heyətin iş yerlərindəki şərait öyrənilib.
Sonra rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ümumi zalda Maddi-Texniki Təminat Baş İdarəsinin zabit heyəti ilə görüş keçirilib.
Müdafiə naziri hərbi hissələrin ərzaq, əşya-əmlak təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizatı, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi