Rektorun qızını döyən qardaşlar danışdı- Foto

img

18-03-2015 [10:59]


Xəbər verdiyimiz kimi, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən qardaşların işi ilə bağlı məhkəmə bu gün qərar verəcək. 

"Qafqazinfo"nun Apelyasiya Məhkəməsinin qarşısında olan əməkdaşının verdiyi məlumata görə, artıq Zaur və Elin Məmmədov qardaşları məhkəməyə gəliblər. Onlar jurnalistlərə kiçik açıqlama da veriblər. Zaur Məmmədov açıqlamasında  jurnalistlərə təşəkkür edib:

"Narahatlığınıza görə çox sağolun. Hər birinizə təşəkkür edirik. Barəmizdə cinayət işi açılıb, içəri keçməliyik". 

Məmmədov qardaşları geniş açıqlama vermək istəmədiklərini bildiriblər.

***

Qardaşları anası və vəkilləri müşayiət edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA