Rektorun qızını döyməkdə ittiham edilən şəxslərin məhkəməsi başa çatıb

img

17-03-2015 [17:38]


Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyən qardaşların məhkəməsi başlayıb.

"Qafqazinfo"nun Apelyasiya Məhkəməsinin qarşısında olan əməkdaşının verdiyi məlumata görə, proses qapalı keçirildiyindən jurnalistlər içəridə başverənlərdən hələlik məlumatsızdırlar. Rektorun qızını döyənlərlə bağlı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova H. İsaxanlının qızını döydüklərinə görə saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını azadlığa buraxmışdı. Hakimin bu qərarından prokurorluq protest vermişdi.

***

Qardaşların işinə ayrı-ayrılıqda baxılır. Onlardan birinin hakimi Səlimxan Mirzəyevdir. Prosesin biri saat 5-də başlayıb, digəri isə 17-30 başlayacaq. Qardaşların hər ikisi məhkəmədə iştirak eləyir. Onları valideynləri müşayiət eləyirlər. Ü. İsayeva isə prosesə qatılmayıb.


**** 


Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Prokurorluğunun Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində iştirak edən şəxslər barəsində Xətai rayon Məhkəməsinin çıxardığı qərarla bağlı apellyasiya protestinə baxılıb.

"Report”un məlumatına görə, onu döydüyü iddia olunan Zaur Məmmədov və Elin Məmmədov qardaşlarının işinə ayrı-ayrılıqda baxılıb. Qapalı keçirilən proseslərdən birinə sədrliyi hakim Rizvan Səfərov, digərinə isə hakim Sahibxan Mirzəyev edib.

Məhkəmə martın 18-də davam etdiriləcək.

Məmmədov qardaşlarınını anası Gülnarə Məmmədova jurnalistlərə açıqlamasında videogörüntüsü yayılan şəxslərin onun oğlanları olmadığını deyib. O, Ülkər İsayevanı tanımadığını da bildirib.

Xatırladaq ki, Ü.İsayeva martın 9-da Bakının Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində Zaur Məmmədov və Elin Məmmədov tərəfindən fiziki işgəncəyə məruz qalıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğu Z.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin hakimi Raziyə Ataşova vəsatəti təmin etməyib. Bundan sonra Bakı Şəhər Prokurorluğu apellyasiya protesti verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA