İcra başçısının oğlunun qatili əfv olunacaq-açıqlama

img

17-03-2015 [15:54]


"Məhkum Vüqar Əliyev Novruz bayramında əfv olunacaq”.

Bunu AzVision.az-a açıqlamasında məhkum Vüqar Əliyevin vəkili Adəm Məmmədov deyib. Vəkilin sözlərinə görə, Vüqar Əliyevin əfv olunması ilə bağlı Əfv Komissiyasına etdikləri müraciət artıq qeydə alınıb:

"Vüqar Əliyevin cəzasını çəkdiyi Qobustan həbsxanasından onun barəsində müsbət xasiyyətnamə verilib. Orada qeyd olunub ki, Vüqar Əliyev tam islah olunub və cəmiyyətə tam yararlıdır. Onun əfv olunması çox ədalətli bir qərar olardı. Çox ehtimal edirəm ki, Vüqar Əliyev bu bayram əfv olunacaq. Bir nəfərə görə ömürlük azadlıqdan məhrum edilmə cəzasının verilməsi təcrübədə yoxdur. Vüqar azadlığıa çıxma abu-havasındadır. Onun ailəsi də Vüqarın yolunu gözləyir. Əfv prezidentin müstəsna səlahiyyətinə daxildir”.

Qeyd edək ki, Vüqar Əliyev Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA