Prezidentin Türkiyəyə işgüzar səfəri başladı - FOTOLAR

img

17-03-2015 [14:57]



Bu gün Azərbaycan prezidenti İlham Əliyev Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsinin təməlqoyma mərasimində iştirak etmək üçün Qarsa rəsmi səfər edib. 

Prezidenti Türkiyənin təhsil naziri Nabi Avcı qarşılayıb. Daha sonra İlham Əliyev Qarsda Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident N.Avcı ilə birgə parkı gəzərək Qarsın çox dəyişdiyini bildirib. 

Bundan sonra isə prezident istirahət üçün Yusifpaşa küçəsindəki Çeltikov otelinə gedib. 

Qeyd edək ki, prezidenti Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov da müşayiət edir.

Prezidentin səfərindən fotoları təqdim edirik:






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA