17-03-2015 [10:02]
Ermənistan hakimiyyəti adətən ölkədaxili siyasi çaxnaşmalardan ictimaiyyətin diqqətini yayındırmaq üçün Dağlıq Qarabağ faktorundan istifadə edir və cəbhədə fəallığı artırır.
Ancaq bu fəallıq Ermənistanın daha çox itki verməsinə səbəb olur. Ordudakı başıpozuqluq, "dedovşina”, fərariliklə parallel, Ermənistanda iqtisadi çətinlikdən doğan ruh düşkünlüyü ermənilərin "əzəli düşmənə qarşı birləşək” ideologiyası ilə körüklənən müharibə ab-havasını onların öz əleyhinə çevirməkdədir.
Axar.az təkcə 2015-ci ilin yanvar-fevral ayları ərzində (martın 1-nə qədər) Ermənistan Müdafiə Nazirliyinin rəsmən etiraf etdiyi itkiləri təqdim edir:
3 yanvar 2015
Sıravi Vardan Mkrtçyan və zabit Karen Qriqoryan ölüb, Volodya Arutyunyan yaralanıb.
12 yanvar
1992-ci il təvəllüdlü Misak Armenoviç Akopyan yaralanıb.
17 yanvar
Ermənistan ordusunun muzdlu hərbçisi, 21 yaşlı Arman Alikoviç ölüb.
Eyni gündə daha bir ölüm isə minanın işə düşməsi nəticəsində baş verib. Artur Vardevaryan Kəlbəcərdə mina partlaması nəticəsində ölüb, mayor Karen Simonyan və baş leytenant Lavrent Akopyan isə yaralanıb.
19 yanvar
Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin 1995-ci il təvəllüdlü hərbi qulluqçusu Suren Pilosyan ölüb.
20 yanvar
1982-ci il təvəllüdlü Napet Artakoviç Asatryan ölüb, 1973-cü il təvəllüdlü Ovannes Qasparyan isə yaralanıb.
21 yanvar
1980-ci il təvəllüdlü Arman Rəşidoviç Udumyan ölüb.
23 yanvar
Ermənistan ordusunun leytenantı Karen Araratoviç Qalstyan və sıravi əsgər Artak Vaqarşakoviç Sərkisyan öldürülüb.
Sıravi əsgər Avanesyan Ovannes Varujanoviç isə ağır yaralanıb.
24 yanvar
Ermənistan ordusunun əsgəri Nikolay Martirosyan digər hərbi qulluqçular tərəfindən məruz qaldığı təhqirlərə və zorakılığa dözməyərək qol damarlarını kəsərək həyatına qəsd edib.
Eyni gündə xidmətin çətinliyinə dözməyən əsgər Vahan Şahanyan özünü qayadan atıb və ağır yaralanıb.
Həmçinin hərbi hissədəki acınacaqlı vəziyyətə dözməyərək, qoşunların təmas xəttini keçməyə cəhd göstərən 2014-cü ilin birinci çağırışında hərbi xidmətə gəlmiş adı açıqlanmayan erməni əsgəri öz xidmət yoldaşları tərəfindən arxadan atəş açılaraq öldürülüb və dayaq məntəqəsində onun meyiti tələm-tələsik basdırılıb.
26 yanvar
Ermənistan ordusunun hərbi qulluqçu Ovannes Avanesyan ağır yaralanıb.
29 yanvar
Sıravi əsgər Aykaz Barseqyan İrəvandakı hərbi hissələrdən birinin idman zalında özünü asıb. 30 yanvar tarixində yayılan rəsmi açıqlamada onun öz əsgər yoldaşları tərəfindən fiziki təzyiqə məruz qaldığı, daha sonra isə asıldığı bəyan edilib.
Eyni gündə Ermənistan ordusunun hərbçiləri 1987-ci il təvəllüdlü Qrişa Otaryan və 1967-ci il təvəllüdlü Surik Movsisyan yaralanıb.
Yanvarın 9-12-si arasında, o cümlədən 13-26 yanvar tarixlərində ölən və yaralanan erməni əsgərləri barədə məlumatda adlar açıqlanmayıb.
Yanvarın 31-i Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb. Məlumatda bölmələrimizin sayıqlığı və görülən qabaqlayıcı tədbirləri nəticəsində düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun tam məhv edildiyi bildirilib və əməliyyatın görüntüləri yayılıb (aşağıda həmin əməliyyatın görüntülərini izləyə bilərsiz).
Fevralın 4-dən 5-ə keçən gecə təmas xəttində Ermənistan ordusunun 25 yaşlı hərbçisi Şekspir Mhitaroviç Akopyan ölümcül güllə yarası alıb və yerindəcə ölüb.
Fevralın 11-də isə ordumuz ermənilərin 2 kəşfiyyat-təxribat qrupunun qarşısını alıb.Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfin xeyli sayda əsgəri yaralanıb.
14 fevral
Ermənistan ordusunun 20 yaşlı əsgəri Arman Osipyan döyüş postunda aldığı ölümcül güllə yarasından ölüb.
21 fevralın
Ermənistan ordusunun əsgəri 26 yaşlı Artur Afyan itkin düşüb. Onun axtarışları heç bir nəticə verməyib.
27 fevral
19 yaşlı erməni əsgər Albert Emiloviç Safaryan intihar edib.
28 fevral
Ermənistan ordusunun 1979-cü il təvəllüdlü hərbçisi Artak Aqekyan və 1995-ci il təvəllüdlü Ayk Baroyan öldürülüb (aşağıda əməliyyatın görüntülərini izləyə bilərsiniz).
Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan ordusunun itkilərinin rəsmənaçıqlanan bu rəqəmdən qat-qat çox olduğunu bəyan edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi