16-03-2015 [17:23]
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə həyata keçirdiyi "Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı sistemlərinin yaradılması” layihəsi uğurla başa çatıb. "Azərsu" ASC-dənverilən məlumata görə, martın 14-də Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin istismara verilməsinə həsr olunmuş açılış mərasimi keçirilmişdir. Mərasimdə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in, KOİCA-nın vitse-prezidenti Kim İn, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını Prezident İlham Əliyevin daim diqqətdə saxladığını xatırladaraq qeyd etmişdir ki, hazırda respublikanın 40-dək şəhər və rayon mərkəzində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq 2013-cü ilin mayında Kürdəxanı qəsəbəsində yeni içməli su layihəsinin icrasına başlanılmışdır.
Bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 26250 nəfərin su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanmışdır: "Koreya şirkətləri tərəfindən həyata keçirilən tikinti-quraşdırma işləri qısa müddətdə tam başa çatdırılıb. Layihə çərçivəsində qəsəbədə polietilen borularla 97,2 km uzunluğunda içməli su xətləri çəkilmiş, 3945 ünvana birləşmə verilmiş və bütün abunəçilər smart sayğaclarla təmin edilmişdir. Bununla da 14300 nəfər qəsəbə sakini 24 saat fasiləsiz rejimdə içməli su ilə təmin olunmuşdur. Eyni zamanda yanğın təhlükəsizliyi məqsədi ilə qəsəbənin müxtəlif yerlərində 436 yanğın hidrantı quraşdırılıb”.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in çıxışında Azərbaycan və Koreya arasında iqtisadi, siyasi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini yüksək qiymətləndirmişdir.
Səfir ölkəsinin Azərbaycanda həyata keçirilən layihələrə bundan sonra da dəstək verəcəyini bildirib.
KOİCA-nın vitse-prezidenti Kim İn layihə haqqında məlumat verərək bildirmişdir ki, təmsil etdiyi təşkilat Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir: "Kürdəxanı qəsəbəsinin su təchizatının yaradılması üçün Koreya hökuməti Azərbaycana 26,18 milyon ABŞ dolları məbləğində yardım (qrant) ayırıb.Kürdəxanı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin vaxtında və keyfiyyətlə icrası bu uğurlu əməkdaşlığın bariz nümunəsidir. Bizim işlərimiz bununla yekunlaşmır. Pirşağı qəsəbəsinin yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğunun inşasına Koreya hökuməti kredit ayırmışdır və artıq bu il işlərə başlanılacaqdır. KOICA-nın ayıracağı qrant hesabına Beyləqan rayonu ərazisində Xocavənd qəsəbəsinin su təchizatı sistemlərinin yaradılması da nəzərdə tutulur”.
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevsu təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının qəsəbənin sosial-iqtisadi inkişafına töhfə verdiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu layihənin icrası Kürdəxanı qəsəbəsinin uzun illərdir mövcud olmuş içməli su problemini birdəfəlik həll edib.
Qəsəbə sakinləri adından çıxış edən Vamiq Məmmədəliyev Kürdəxanı qəsəbəsinin içməli su probleminin qısa müddətdə həll edilməsinə görə ölkə başçısına, Koreya hökumətinin nümayəndələrinə, "Azərsu” ASC-nin əməkdaşlarına minnətdarlığını bildirib.
Daha sonra layihənin açılışı olub.
Qeyd edək ki, bu layihə çərçivəsində Kürdəxanı qəsəbəsində 1400 mm diametrli dəmir beton borularla 761 metr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektoru da tikilib. Su şəbəkəsi və kanalizasiya kollektorunun tikintisi Sunjin Engineering və Yooshin Engineering şirkətləri tərəfindən layihələndirilmiş, Hyundai Engineering və Halla Energy&Environment şirkətləri isə tikinti-quraşdırma işlərini həyata keçirib. Tikintiyə texniki nəzarəti Koreyanın "Saman” məsləhətçi şirkəti yerinə yetirib.
Növbəti mərhələdə qəsəbə yaxınlığında hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı da tikiləcək. "+41 Kürdəxanı” su anbarından Kürdəxanı qəsəbəsi ilə yanaşı, Pirşağı və digər ətraf yaşayış məntəqələri də qidalanacaqdır. Eyni zamanda Kürdəxanı qəsəbəsində yeni kanalizasiya şəbəkəsinin yaradılması da nəzərdə tutulur. Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək layihəyə uyğun olaraq qəsəbədə 77,3 km uzunluğunda kanalizasiya şəbəkəsi və 3,8 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur.
Kürdəxanı qəsəbəsində yaranan tullantı suları inşasına hazırlıq görülən Pirşağı Çirkab Sutəmizləyici Qurğusuna ötürüləcəkdir. Məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilən qurğunun tikintisi Koreya hökuməti ilə birgə maliyyələşdiriləcəkdir. Hazırda məsləhətçi şirkət tərəfindən ilkin layihələndirmə və tender sənədlərinin hazırlanması işləri aparılır. Qurğunun tikintisinə 2015-ci ilin sonlarında başlanılması planlaşdırılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi