16-03-2015 [14:49]
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Birinci Avropa oyunları ilə bağlı bayanat verib. Mia.az-a daxil olan bəyanatda deyilir:
Azərbaycanın dünyada təbliği məqsədilə nəzərdə tutulmuş Birinci Avropa oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərardan iki ildən artıq vaxt ötüb. Hesablamalara görə, Avropa oyunları üçün idman infrastrukturunun yaradılmasına və əməliyyat büdcəsinə birbaşa xərclər 4,2 milyard dollar təşkil edir. Avropa oyunlarının açılış və bağlanışmərasimlərində şouların, müxtəlif əyləncəli mədəni-kütləvi tədbirlərin hazırlanıb keçirilməsi, qonaqların təmtəraqlı qəbulu, yola salınması və sair bu kimi tədbirlər planlaşıdırılır. Amma bu tədbirlər proqramı hazırlanarkən Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında əsas rol oynayan neftin dünya bazarında qiyməti indiki səviyyədə aşağı düşməmişdi. 2015-ci il Azərbaycan dövlətinin proqnoz büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutulmuşdursa, bu qiymət hazırda 50 dollara qədər enmişdir. Bu halda dövlət büdcəsinin nə qədər itkiyə məruz qaldığını hesablayanda maliyyə vəziyyətin xeyli pisləşdiyini görürük. Hesablamalar göstərir ki, 1 barel Brent markalı neftin dünya bazar qiyməti 50 dollar olarsa, əldə etdiyimiz gəlirlər Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transferlərin 35,5 faizini, 60 dollar olarsa 47,9 faizini örtə biləcək və bu halda büdcə ciddi maliyyə çətinlikləri üzləşəcək. Bununla yanaşı, son 1 ayda Azərbaycan manatının ABŞ dollarına nisbətdə 34 faizə qədər ucuzlaşması da milli iqtisadiyyat və vətəndaşların rifahı üçün problemlər yaradıb.
İqtisadi təhlillər göstərir hazırda Azərbaycan büdcəsi maliyyə baxımdan gərgin vəziyyətdədir. Odur ki, başqalarına xoş gəlmək üçün planlaşdırılan bədxərclik dövlətin cari maliyyə imkanlarını daha da pisləşdirə bilər. Bütün bunları nəzərə alaraq, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı hökumətə Birinci Avropa oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş büdcəyə yenidən baxmağı və əməliyyat xərclərini optimallaşdırmağı təklif edir.
Dünyada gedən iqtisadi proseslər, neftin qiyməti ilə bağlı yaranmış çətinliklər, iqtisadi böhranlar fonunda xərcləmələrin rasionallaşdırılması Avropa oyunlarının iştirakçıları və qonaqlar tərəfindən də anlayışla qarşılanar. Əks halda qonaqpərvərlik adı altında sərgiləyəcəyimiz bədxərclik onlarda da haqlı suallar yarada bilər.
Artıq dünyanın bir neçə nüfuzlu təşkilatı və şəxsi Azərbaycanda mövcud olan insan haqlarının və azadlıqlarının pozulması halları bağlı Avropa oyunlarını boykot etmək barədə çağırış edib. ADR Hərəkatı hesab edir ki, Azərbaycan hakimiyyəti Birinci Avropa oyunlarının boykot olunması ilə bağlı çağırışlara da diqqət yetirməli, ölkənin Avropa modern ailəsinin üzvü olduğunu sübut etmək üçün siyasi məhbuslara azadlıq verməklə və vətəndaş cəmiyyətinin fəaliyyətinə olan məhdudiyyətləri aradan qaldırmaqla ölkənin demokratik imicini formalaşdırmalıdır.
Bakı şəhəri, 16 mart 2015-ci il
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi