Cavid Qurbanov fasiləsiz iş rejiminə keçəcək

img

16-03-2015 [10:37]


Novruz bayramı günlərində - 20-28 mart tarixlərində "Azərbaycan Dəmir Yolları” QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək.
 
Bu barədə "APA-Economics”ə "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
 
N. Əzməmmədov bildirib ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.
 
Eyni zamanda bayramı günlərində "Azərbaycan Dəmir Yolları” QSC-nin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.
 
Sərnişin daşımaları departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA