Deputat Fazil Məmmədovun "bostanına daş" atdı: “Sən demə yeni icra başçısı...”

img

16-03-2015 [10:17]


Milli Məclisin deputatı Etibar Hüseynov doğulduğu rayonun İcra Hakimiyyəti başçısının fəaliyyətindən narazılığını bildidib.

E.Hüseynov bildirib ki, icra başçısı Alimpaşa Məmmədovun başı "Bu şəhərdə"nin aktourları üçün konsert təşkil etməyə qarışıb.


”Bir sıra hüzr məclisləriylə bağlı 3 gündür ki, Şəmkirdəyəm. Harda oturursan camaat bazar günü rayon mərkəzində keçirilən "Bu şəhərdə"nin konsertindən danışır. Məlum olur ki, sən demə yeni icra başçısı KVN və "Bu şəhərdə"nin qatı pərəstişkarıymış. Və konserti də şəxsən özü təşkil eləyib. Çox maraqlıdır ki, gecə-gündüz reklam olunmasına baxmayaraq, kassalarda bircə bilet belə, satışa çıxarılmayıb. Bütün biletlər Alimpaşa müəllimin tərtib elədiyi siyahı əsasında büdcə təşkilatlarına paylanıb. Bəlkə də bütün bunlara əhəmiyyət verməmək də olardı. Ancaq biləndə ki, yeni başçı "Bu şəhərdə"nin konsertiylə əlaqədar (başı möhkəm qatışıq olduğuna görə) 10 gündür ki, heç kəsi qəbul eləmir... Bax bu hal təəssüf doğurur”(modern.az).

Qeyd edək ki, Alimpaşa Məmmədov vergilər naziri Fazil Məmmədovun kadrıdır.

İcra başçısı A.Məmmədov



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA