Nərimanovda icra nümayəndələri ağac əkdilər - FOTOLAR

img

15-03-2015 [14:59]


Nərimanov Rayon İcra Hakimiyyətinin və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilib. 

Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Rayon İcra Hakimiyyəti Başçısının yanında Şura üzvlərinin, Milli Məclisin deputatlarının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, ictimaiyyətin, könüllülərin, fəal gənclərin, ümumilikdə 2500-dək adamın Novruz bayramı ərəfəsində yüksək fəallıq və bayram əhval-ruhiyyəsi ilə qatıldığı genişmiqyaslı iməcilikdə ətraf ərazi məişət tullantılarından təmizlənərək burada mövcud olan yaşıllıq sulanıb, ərazidə 250-si İtaliyadan gətirilmiş Leylandra ağacı olmaqla, 1000-ə qədər müxtəlif növ ağac və kollar əkilib. 

Qeyd edək ki, sözügedən ərazidə mütəmadi olaraq abadlıq işləri aparılır, ekoloji tələblərə uyğun yaşıllığa aqrotexniki qulluq göstərilir, eyni zamanda dekorativ ağac və kollar əkilərək qeyd olunan yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür. 
 
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə həyata keçirilən belə nəcib aksiyaların gələcəkdə miqyasının genişləndirilərək daha böyük ərazini əhatə etməsi nəzərdə tutulub.







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA