14-03-2015 [20:00]
Azərbaycanın iki tanınmış alimi və bir nüfuzlu məmurunun adının Nobel Mükafatına birgə namizəd kimi göstərilməsi istiqmətində gərgin iş aparılır. Bu barədə məlumatı Strateq.az-a elmi dairələrə yaxın mənbə verib. Mənbənin sözlərinə görə, bütün bu işləri Nobel Fondunun Azərbaycandakı nümayəndəliyi görür.
Namizədlərin kimya elmi üzrə irəli sürüləcəyi gözlənilir. Söhbət dünya elminə bəxş edilən yeni ixtiradan gedir.
Bizə verilən məlumatda bildirilir ki, bu şəxslər - Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və ARDNŞ-ın birici vitse-prezidenti, geologiya-mineralogiya üzrə elmlər doktoru Xoşbəxt Yusifzadədir.
Ancaq maraqlıdır ki, bu ixtira ilə bağlı indiyə qədər ölkə daxilindəki uyğun sahənin mütəxəsissləri arasında heç bir elmi polemika aparılmayıb və bütün işlər maksimum dərəcədə konspirativ şəkildə görülüb . Buna səbəb kimi, təqdim ediləcək işin o dərəcədə də, elmi yükə malik olmaması göstərilir.

Dünya elminə bəxş edilən ixtiranın hansısa kimyəvi maddənin kəşf edilməsilə bağlı olduğu bildirilir. Fondun yerli nümayəndəliyinin gəldiyi qənaətə görə, həmin maddə quyulara əlavə ediləndə neftin hasilatı artır.
Qeyd edək ki, namizədləri irəli sürən yerli nümayəndəlik alimlərin sırasına bir nəfər də qüdrətli məmurun adının əlavə olunmasını istəyib və bu qərara digər namizədlər etiraz etməyib. Ancaq həmin məmurun elmlə heç bir əlaqəsinin olmaması bu ideyanın müəlliflərini bir qədər düşünməyə vadar edib və hələlik bununla bağlı konkret qərarın verilməsində çətinlik çəkilir.
Xatırladaq ki, həmin məmurun kimliyi və sözügedən kimyəvi maddənin adı da bizə məlumdur. Bəzi faktları tam dəqiqləşdirdikdən sonra bu mövziya yenidən qayıdacayıq.
Maraqlıdır ki, dünyada nüfuzlu olan Fondun Azərbaycanda nümayəndəliyinin olmasından çox adamlar xəbərsizdir. İnternetdə apardığımız araşdırmada bu qurum barədə heç bir məlumata rast gəlmədik.
Sən demə, yerli nümayəndəlik bundan əvvəl isə, iki dəfə Allahşükür Paşazadənin namizədliyini "Nobel”ə namizəd kimi göstərib.
Məqalədə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Məhəmməd
"Strateq.az"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi