"Manatın devalvasiyası yerli istehsala təsir etməyəcək" - Nazir

img

14-03-2015 [12:42]


"Bayram yarmarkalarında qiymətlərə nəzarət olunur".

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov söyləyib. 

O bildirib ki, aidiyyatı orqanlar qiymətə nəzarətlə məşğul olurlar. Nazirin sözlərinə görə, fermerlərin yarmarkalara məhsul çıxara bilməsi üçün nazirlik ciddi cəhdlə çalışır: "Fermerlərə qarşı maneələr yaradılması yolverilməzdir. Biz bununla bağlı işlər görürük. Çalışırıq ki, fermerlər öz məhsullarını bir başa bazara çıxara bilsin". 

Nazir manatın ucuzlaşmasından sonra yerli istehsal məhsulların qiymətlərinin artacağı ilə bağlı suallara da münasibət bildirib. H.Əsədov qeyd edib ki, valyutanın bahalaşması yerli istehsala təsir etməməlidir:

"Manatın devalvasiyası yerli istehsala təsir etməyib və etməyəcək. Çalışacağıq ki, yerli istehsalı artıraq. Bununla da xaricdən asıllığı azaltmağı hədəfləyirik", - deyə nazir vurğulayıb(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA