Prezidentdən daha bir sərəncam: nazirlə icra başçısına göstəriş verildi

img

13-03-2015 [20:01]


Azərbaycan prezidenti İlham Əliyev Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, aşağıdakı göstərişlər verilib:

"1. Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi və on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədi ilə Bərdə Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon, o cümlədən mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi üçün ilkin olaraq 3,0 (üç) milyon, kəndlərarası avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA