132-134 saylı Təhsil Kompleksində «Qədim Bakı xatirələri» adlı tədbir keçirilib - FOTOLAR

img

13-03-2015 [12:05]


Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində yeniyetmə və gənclər arasında mədəni irsimizin təbliği, paytaxtımız Bakı şəhərinin və onun qədim tarixi abidələrinin yaxından öyrənilməsi məqsədi ilə «İçərişəhər» Dövlət Tarixt-Memarlıq Qoruğu İdarəsinin «İçərişəhər» tarixi muzeyi ilə birgə «Qədim Bakı xatirələri» adlı tədbir keçirilib.


Mia.az xəbər verir ki, Səbail rayon İcra Hakimiyyəti, «İçərişəhər» DTMQ İdarəsinin nümayəndələrinin, «İçərişəhər» tarixi muzeyinin əməkdaşlarının, tarixçi-alimlərin, tədqiqatçıların, Təhsil Kompleksinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq iştirakçılara Təhsil Kompleksi, onun tarixi, məzunları barədə ətraflı məlumat verib. 

Sonra Təhsil Kompleksində fəaliyyət göstərən muzey ekspozisiyasının zənginləşdirilməsi  məqsədi ilə «İçərişəhər» tarix muzeyinin fondunda olan fotolardan ibarət «Qədim Bakı» adlı güşənin və 150 illik tarixə malik olan Təhsil Kompleksinin əsaslı təmiri zamanı binanın özülündən aşkar olunmuş və mütəxəssis arxioloqlar tərəfindən rəy verilmiş artefaktlardan ibarət yeni ekspozisiyanın açılışı olub.  

«İçərişəhər» tarixi muzeyinin direktoru Ceyhun Ağakişibəyli, «İçərişəhər» DTMQ İdarəsi rəisinin elmi işlər üzrə köməkçisi, tarix elmləri doktoru Vəfa Quliyeva, Səbail rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov çıxış edərək tədbirin əhəmiyyəti, şagirdlərin qədim tariximizi daha dərindən öyrənmələrinin vacibliyini vurğulayıblar.  

Kompleksin akt zalında keçirilən ədəbi hissədə Bakı tipajlarından  ibarət  etno – mədəni  canlı səhnəciyin   və  "Bakı tipajları” adlı sərginin nümayişi  təşkil olunub. 

Tədbirdə «Qədim Bakı xatirələri» mövzusunda çıxış dinlənilmiş, muzeyin fondunda saxlanılan foto şəkillər əsasında hazırlanmış «Qədim şəhərə səyahət» adlı film nümayiş etdirilmiş, İçəri şəhərdə çəkilmiş bədii və sənədli filmlərdən ibarət video-oyunlar, tapmacalardan ibarət viktorinalar keçirilib, həmçinin musiqi nömrələri səsələndirilib. 

Viktorinada və sual-cavabda fəallıq göstərən şagirdlərə hədiyyələr və İçəri şəhər muzeylərinə pulsuz baxış üçün «Şanslı bilet»lər təqdim olunub. 








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA