Nazir müavini 9 rayonun TSEK rəisini topladı - Müşavirə

img

12-03-2015 [20:29]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt-sisteminin tətbiqi əlillik təyinatının tam avtomatlaşdırılması yolu ilə bu sahədə məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə və şəffaflığın təminatına yönəlib. 

Mia.xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ƏƏSMN-nin Şirvan şəhərində əlillik təyinatı üçün göndəriş formalarının təkmilləşdirilməsi məsələlərinə dair keçirdiyi zona müşavirəsində bildirib. 

Müşavirədə Şirvan şəhərinin, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, İmişli, Saatlı, Beyləqan Xocavənd rayonlarının TSEK-lərinin və səhiyyə müəssisələrinin, habelə həkim-məsləhət  komissiyalarının  məsul şəxsləri və əməkdaşları iştirak edib. 

Nazir müavini bildirib ki, hazırda əlillik müayinəsinin aparılması üçün Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) göndəriş formaları bu sistem vasitəsilə, yəni elektron qaydada göndərilir və aparılmış müayinənin nəticələri sistemdə yaradılmış elektron bazaya daxil edilir. Yeni sistemin tətbiqi ilə bağlı qeyd olunan göndərişlərin düzgün vəəlilliyin dəqiq müayinəsinə imkan verən formada tərtibi diqqətdə saxlanılır.

Bildirilib ki, səhiyyə müəssisələri tərəfindən həmin göndərişlərin həm 18 yaşadək, həm də bu yaşdan yuxarışəxslər üçün nəzərdə tutulan formaları təsdiq olunub. Bu göndəriş formalarında xəstəliklərin əsas və yanaşı diaqnozlarının, həmçinin ağırlaşma halları elə müəyyən edilməlidir ki, TSEK-lər tərəfindən əlilliyin təyin olunub-olunmaması, habelə müayinəsi aparılan şəxsin reabilitasiya potensialının  müəyyən olunmasında daha dürüst və obyektiv qərar verilməsinəşərait yaratsın. Bu sahədə qarşıya çıxan məsələlər respublikanın müxtəlif regionlarında səhiyyə müəssisələri və TSEK-lərin birgə zona müşavirələrində bir daha araşdırılır vəverilən təkliflər də nəzərə alınmaqla göndəriş formalarının təkmilləşdirilməsi üçün konkret vəzifələr müəyyən olunur. 

Müşavirədə TSEK-lərin, səhiyyə müəssisələrinin, həkim-məsləhət  komissiyalarının rəhbər şəxslərinin vəəməkdaşların qeyd olunan məsələlərlə əlaqədar rəy və təklifləri dinlənilib, ətraflı müzakirələr aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA