Qərib Məmmədova yeni vəzifə verildi

img

12-03-2015 [18:14]


Nazirlər Kabinetiyanında Terminologiya Komissiyasının yeni bölmələrinin tərkibi təsdiq olunub.

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib. Rəyasət Heyətinin iclasında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planı da təsdiq olunub. Akademik Rasim Əliquliyev çıxışında bildirib ki, bu il yanvarın 30-da Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki konfransı keçirilib: "Hesabat-seçki konfransında 2014-cü ilin hesabatı qəbul olunub”.

Rəyasət Heyətinin bugünkü iclasında "2015-2024-cü illərdə mədəni bitkilərin genetik Ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı” da müzakirəyə çıxarılıb.

Akademik Qərib Məmmədov Dövlət Proqramı haqda çıxış edib. Rəyasət Heyətinin qərarı ilə "2015-2024-cü Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı”nın icrasına nəzarət Aqrar Elmlər Bölməsinin akademik-katibi Qərib Məmmədova tapşırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA