Tanınmış jurnalist Tovuz şagirdlərilə görüşdü

img

12-03-2015 [15:45]

Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) rəhbəri Seymur Verdizadə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Tovuz rayonu Aşağı Quşçu kəndində fəaliyyət göstərən İsmayıl Mürşüdov adına tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçirib.

Şagirdlər arasında dövlət atributlarının təbliğ edilməsinə həsr olunmuş görüş Azərbaycanın dövlət himninin ifası ilə başlayıb.

Daha sonra şagirdləri salamlayan S.Verdizadə Azərbaycanın istiqlaliyyətinin bərpası uğrunda aparılan mübarizə haqqında məlumat verərək, müstəqil dövlət quruculuğunu xalqımızın ən böyük tarixi uğuru kimi qiymətləndirib.

Ölkənin müstəqilliyini simvolizə edən əsas elementlərin müvafiq dövlət atributları - Bayraq, Gerb və Himn olduğunu diqqətə çatdıran S.Verdizadə həmin rəmzlərin mənasını şagirdlərə ətraflı izah edib.

S.Verdizadə çıxışdan sonra şagirdlərin çoxsaylı suallarını cavablandırıb.

Bilik Fondu tanınmış jurnalistin Tovuz şagirdlərilə görüşünü təşkil etdi

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA