Atatürk Andranikin pərəstişkarı olub?

img

12-03-2015 [12:37]


Türkiyə ermənilərinin həftəlik nəşri "AGOS” yenə öz ampulasındadır. Hər sayında Türkiyənin və Türk dünyasının müqəddəs dəyərlərini gözdən salmağa, türk dövlətləri arasında nifaq salmağa hesablanmış materiallar yayımlayan qəzet 05.03.2015 tarixli buraxılışında daha da irəli gedərək, cəzasız qalan həyasızlığın nə ilə nəticələnə biləcəyini əyani surətdə nümayış etdirib. Belə ki, qəzet Türkiyə Cümhuriyyətinin qurucusu Musatafa Kamal Atatürkün, erməni silahlı birliklərinin komandiri, Anadolu və Azərbaycan türklərinə qarşı misilsiz qəddarlığı ilə ad çıxarmış Andranikin pərəstişkarı olduğunu yazıb. Hansı ki, Andranik təkcə Naxçıvanın Yaycı kəndində bir gecədə 2500 Azərbaycan türkünü qətl edərək cəsədlərini Araz çayına atmışdı. Onun Anadoluda törətdiyi vəhşiliklər isə yazmaqla bitməz... Alev Er adlı jurnalisti hazırladığı reportajda iddia olunur ki, Atatürk ölümündən iki il əvvəl, ənənəvi axşam süfrəsində onunla eyni süfrə arxasında əyləşmiş erməni dilçi alim Aqop Dilaçardan bir erməni mahnısı oxumasını xahiş edib. O, Aqop Dilaçarın tərəddüd etdiyini gördükdə isə öz istəyini daha da dəqiqləşdirib və ermənilər tərəfindən "Andranik paşa”nın şərəfinə bəslənmiş "Andranik marşı”nı oxumasını tələb edib. Bir qulağı Türk qılıncı ilə üzülmüş Andranikin "şücaətlərinin” tərənnüm edildiyi mahnı oxunduqdan sonra isə Atatürk ayağa qalxaraq " Andranik də mənim kimi bir qəhramandır.Bu badələri onun şərəfinə içməliyik” deyib. Bu uydurma yazı Türkiyə hakim dairələrinin "Agos”a qarşı loyal münasibətinin nəticəsində qəzetin erməni mənşəli kollektivinin islaholunmaz dərəcədə həyasızlaşdığının barız nümunəsidir. Göründüyü kimi "Agos” qəzeti Türk dünyasının böyük liderlərindən biri olan Atatürk ilə erməni quldur Andraniki eyni piləyə qoyur. Maraqlıdır, görəsən Ermənistanda hər hansı bir qəzetdə Atatürkü və yaxud Tələt paşanı vəsf edən yazı və yaxud reportaja rast gəlmək mümkündürmü? Əlbəttə ki, yox. Hansı ki, Tələt paşa erməniləri qətl etməmişdi, sadəcə sürgün etməlkə kifayətlənmişdi. Amma Andranikin Anadoluda və Azərbaycanda törətdiyi qətliamlar hələ də xalqın hafizəsindən və tarixin yaddaşından silinməyib. İstər–istəməz insanda belə bir sual yaranır. Türkiyədə 1951-ci iləd qəbul edilmiş "Atatürkü qoruma qanunu” nə üçündür? Türkiyə dövlətinin qurucusunu hər hansı bir başkəsən qatilin pərəstişkarı olduğunu iddia etmək və bu iddianı ictimailəşdirmək təhqir sayılmırmı? Böyük Atatürkü hər cür təhqirdən mühafizə etmək üçün qəbul edlmiş bu qanun ermənilərə şamil edilmirmi? 

Turqut

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA