İlham Əliyev forumda iştirak edib

img

12-03-2015 [11:33]


Bu gün Bakıda Azərbaycan-Pakistan biznes forumu işə başlayıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn biznes forumda iştirak ediblər.

Dövlət başçıları forumda çıxış ediblər.

Sonra Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan və Pakistan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, səhiyyə, İKT və digər sahələrdə fəaliyyət göstərən 100 nəfər iş adamının iştirakı ilə keçirilən biznes forum işini təqdimat və çıxışlarla davam etdirir(AzerTac).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA