Pakistan prezidentinə görə bu yollar bağlanacaq - SİYAHI

img

11-03-2015 [17:28]


Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfər ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən (BŞBPİ DYPİ) verilən məlumata görə, Heydər Əliyev və Neftçilər prospektləri, Yusif Səfərov, Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Sabah isə yuxarıda sadalanan küçə və prospektlərlə yanaşı Parlament prospektində, Mehdi Hüseyn, Niyazi, İstiqlaliyyət, Lermontov və Teymur Elçin küçələrində nəqliyyatın hərəkəti fasilələrlə dayandırılacaq.

BŞBPİ DYPİ sürücülərə göstərilən istiqamətlərdə nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA