11-03-2015 [14:56]
Salam. Doğum gününüzə Salamlar...
Nitşe iddia edirdi ki, doğum günü anlayışı yoxdu, anlayışın başladığı gün var. .. Çünki doğum varsa, asılılıq var. Və ən böyük asılılıq insanda elə sevgiyə olan asılılıqdır. Məchulluğa, varlığa, ölümə, bir sözlə heç kəsdən və heç nədən asılı olmayan sevgiyə. Yunus İmrə, Şəms Təbrizi, Füzuli sevgisi kimi, Ömər Xəyyam oxşaması kimi vasitəsiz sevgiyə. Yalnız o sevgini görür, yaradanın elə o sevgi olduğunu hiss edir və yenə Nitşe demişkən insan olaraq öz inandığına tapınır. Necə deyərlər:
Neyleyim bu gönlüm, tek seni seçti,
Neyleyim gözlerim, sende gül açtı,
Hə... hamımızın jurnalist, millət vəkili olaraq tanıdığımız Qənirə Paşayevaya məxsusdur bu beytlər. Əslində bu beytdə bir aşiqlik, bir tanrıçılıq və sonunda özünəməxsus dünyaçılıq var. Bu dünyada ölüm də var, sevgi də var... və hamısı özünəməxsusdur. Ölümü də fərqlidir, aşiqliyi də. Çünki növbəti beytlərdən birində deyir
Şahı da, gedayı da vurur ölüm!
Ölümün insafı var!
Əslində bu gün yaşadığımız ən dərdli, yanğılı məsələ odur ki, doğulduğumuz üçün yaşamalı olduğumuzu, vəhşiləşmiş cismani yükdən xilas olmağımız üçün sevməyimizi düşünür və
Bu səhralar dolur, boşalır hər an,
Baxdıqca bu çölə oluram heyran.
kimi Ömər Xəyyam ruhsallığından qaçırıq. Nəticədə bəzən bu həyatda nəyə görə yaşadığımızı, ali məqsədlərimizin nədən ibarət olduğunu belə unuduruq. Bu unutqanlığa görə bəzən istifadə edilmiş, kimliyi və şəxsiyyəti şəxsiyyət vəsiqəsindən o tərəfə keçməyən canlıya çevrilirik. Bəzən körpə hıçqırtısını fahişə iniltisi ilə səhv salıb dünya varının parıltısına günəş işığı tək baxıb kor olmaqdan belə zövq alırıq. Amma Qənirə Paşayevanın dediyi kimi
Mən Yunusu, Mövlanənı anladım
Mən Şəms adlı o günəşdən od aldım
Səni bulan Aşiqlərdən yol aldım
Qapını aç, bu quluna, ey Rəbbim!
Məqsədini yaşayanlarımızda var. Bu gün Qənirə Paşayevanın doğum günüdür və bu günü yada salmaq istədim. Amma Qənirə Paşayevanın şeirlərini oxuyandan sonra onun mövcudluğunu, başlanığıc anını bir günlə bağlamağın mənasızlığılnı anladım. Çünki Yunis İmrə, Füzuli aşiqliyini yaşayan insan hər gün doğulur. Şəms Təbrizi idrakını günbəgün yaşayan insan elə hər gün yenidən doğulur. İlahi aşiqliyin nurunu, işığını görən insan hər gün bu Günəşə yaxınlaşdıqca anbaan doğulur. İnsan cismən hər gün necə qocalırsa, insan həm də hər gün doğulmağı bacarır. Ruhunu itirən insan hər gün necə ölüb dirilirsə, ruhuna, ali məqsədinə və aşiqlik həyatına baş əyən insan da hər gün sadəcə doğulur.
Qalib yazan babaların , haraylayır
Böyük Turan qurmaq üçün oyan, oyan
Ey, Turanım..........................................
Deyən Qənirə Paşayevanı doğulan hər gününü təbrik etməyimiz daha düz olardı. Doğulan günlərin Tanrı eşqini hər an yaşatsın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi