11-03-2015 [13:47]
Mia.az xəbər verir ki, bu barədə "a24.az”a İlahiyyat Məscidinin imamı Ceyhun Rüstəmov deyib.
Onun sözlərinə görə, bu gündən etibarən Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbuluna və siyahıya alınmasına başlanılıb.
C.Rüstəmov qeyd edib ki, Həcc ziyarəti üçün pul Musiqili Komediya Teatrının arxasında yerləşən Beynəlxalq Banka köçürülməlidir. Onun sözlərinə görə, Həcc ziyarətinə getmək istəyənlər mütləq biometrik pasporta sahib olmalıdırlar: "Əvvəlki pasportla sənəd qəbul edilmir. Bundan başqa, şəxsiyyət vəsiqəsi, şəkil və tibbi arayış təqdim edilməlidir”.
C.Rüstəmov qeyd edib ki, Həcc ziyarətinə getmək istəyənlər pulun köçürüldüyünü təsdiq edən qəbzi və yuxarıda adı çəkilən sənədləri Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsinə təqdim etməlidirlər. Bu il Həcc ziyarəti üçün təxminən 3 minə yaxın kvota müəyyənləşdirildiyini açıqlayan C.Rüstəmov deyib ki, kvota dolan kimi sənəd qəbulu dayandırılacaq: "Çox güman ki, kvota tez dolacaq. Çünki keçən ildən də müraciət edənlər var”, – deyən C.Rüstəmov bu məlumatların QMİ-dən aldıqlarını əlavə edib.
O ki qaldı Həcc ziyarəti üçün qiymətlərin niyə bu qədər bahalaşdığına, C.Rüstəmov deyib ki, bu suala cavabı QMİ-dən almaq olar: "Deyəsən, Səudiyyə Ərəbistanında da qiymətlər bahalaşıb. Yəni bu da var. Amma qiymətlərin niyə bu qədər baha olduğu barədə suala Qafqaz Müsəlmanları İdarəsi cavab verə bilər. Biz qiymət məsələsinə qarışa bilmərik”.
Qeyd edək ki, builki ziyarətlə bağlı münasibət öyrənmək üçün Azərbaycanda Həcc ziyarətini təşkil edən Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlamağa çalışdıq.Amma QMİ-nin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşovanın mobil telefonuna dəfələrlə zəng vurmağımıza baxmayaraq, cavab ala bilmədik.
Xatırladaq ki, 2012-ci ildə VİP xidmətlərlə Həcc ziyarəti 3850 manat, adi xidmətlər isə 3090 manat təşkil edib. Son iki ildə isə nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalmaq istəyən zəvvarlar 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar isə 4100 manat ödəməli olublar. Bu il isə məlum olduğu kimi, Həcc ziyarəti VİP xidmətlərlə 5750, adi xidmətlərlə isə 4700 dollar olub. Deməli, bu il adi xidmətlərlə Həcc ziyarətinə gedənlər təxminən 1500, VİP xidmətlərlə gedənlər isə 1700 manat əlavə pul ödəməli olacaqlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi