AMEA-nın dissertantı təklif etdi: "Ermənistan yox, İrəvan adlandıraq"

img

11-03-2015 [12:47]


Mia.az saytı xəbər verir ki, şərqşünas, AMEA-nın dissertantı, birlik.az saytının rəhbəri Vüsal Hətəmov öz sosial şəbəkəsində maraqlı status paylaşıb. Statusda bildirilir ki, Ermənistanı İrəvan adlandırsaq, torpaqlarımızın iddiasında daha mübariz görünərik. Statusu olduğu kimi təqdim edirik: "Təklifim var dostlar: Ermənistanı "İrəvan" adlandıraq. Buna bizim tarixi hüququ ixtiyarımız da var. Bir daha torpaqlarımızın iddiasında ciddi görünərik. Dövlətimiz də rəsmi şəkildə bunu qəbul etsə, heç bir problem görünmür. "Ermənistan" adı sonradan qondarılıb. Tarixi mənbələrdə bölgə kimi adı "ərməniyyə" adlandırılsa da, "Ermənistan" adı qondarma olaraq qoyulub.” Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA