TQDK sınaq imtahanlarına başladı

img

11-03-2015 [10:39]


Sınaq imtahanlarına strat verilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, imtahan aprel ayının 5-də olacaq. 

Bu gündən TQDK tərəfindən abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyat başlayıb. 

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Xatırladaq ki, qəbul imtahanı (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə 17 may, I və IV qruplar üzrə 24 may, cari ilin məzunları üçün I və IV qruplar üzrə 14 iyul , II və III qruplar üzrə 25 iyulda olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA