Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq etdi

img

10-03-2015 [15:32]


Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyinə dair xəbərdarlıq edib. Nazirliyin xəbərdarlığında aşağıdakılar bildirilib:

Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydaları bilməyimiz vacibdir:

− bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
− tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
− tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
− tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
− yandırılan şamlar nəzarətsiz qalmamalıdır;
− əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!

Təhlükə zamanı 112-yə zəng edin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA