Ramil Usubovdan yeni təyinat

img

10-03-2015 [12:00]


Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin (PB) baş əməliyyat müvəkkili polis mayoru Vüqar Ağayev Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) İstintaq Bölməsinin (İB) rəisi təyin olunub.

Qeyd edək ki, V.Ağayev 31-ci PB-də işləyənə qədər Sabunçu RPİ-nin İstintaq Şöbəsinin (İŞ) baş müstəntiqi olub. DİN-də peşəkar zabitlərdən hesab olunan V.Ağayev dəfələrlə xidmətdə fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülüb.
Xatırladaq ki, Sabunçu RPİ-nin rəis müavini Əbülfət Rzayev vəzifəsindən azad edilərək Şəki ŞRPŞ-yə rəis təyin olunub.(Report.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA