Prezident və ailəsi açılışda! - FOTOLAR

img

10-03-2015 [09:56]


Ötən gün Bakıda prezident İlham Əliyevin iştirakı ilə Biləcəri qəsəbəsində Bakı Atıcılıq Mərkəzinin açılışı olub. Mərasimə qatılanlar arasında birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı qızları Leyla və Arzu Əliyevalar da olub. 

Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır.
İdman obyektinin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçiriləcək. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. 

Mia.az Anspress-ə istinadən fotoları təqdim edir:


















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA