“Porsche” sürücüsü belə cəzalandırıldı- Video

img

08-03-2015 [22:29]


Bakıda kobud qayda pozuntusuna yol verən sürücünü elə digər sürücülər cəzalandırıb.

Mia.az-ın avtosfer.az-a istinadən məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan görünür ki, qarşı yola çıxıraq hərəkət edən 90 UV 735 dövlət nömrə nişanlı, "Porsche” markalı avtomobilin sürücüsü etdiyi əmələ görə peşman olub.

Qarşı yola çıxın sürücü bir qədər getdikdən sonra maşınların gəldiyini görüb sağa – yəni, öz yolu ilə gedənlərin yoluna girmək istəyir.

Lakin sürücülər birlik nümayiş etdirir və heç kim ona yol vermir.

Vəziyyəti belə görən "Porsche”nin sürücüsü gəldiyi yolu geri qayıtmalı olur.



pia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA