Heydər Əsədov 9 məmuru cəzalandırdı, 6-sı haqda qərar veriləcək (Müşavirə)

img

07-03-2015 [00:27]


Kənd təsərrüfatı naziri Heydər Əsədov müşavirə keçirərək, "Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçisini işlərində yol verdikləri nöqsanlara görə vəzifəsindən uzaqlaşdırıb.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib. Bildirilir ki, müşavirədə nazir Heydər Əsədov "Aqrolizinq” ASC-nin rayon filiallarındakı nöqsanlardan danışaraq filiallara rəhbərlik edən bəzi şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması, lizinqə verilən texnikaların istifadəyə görə ödənişlərin vaxtında həyata keçirilmədiyi, mineral gübrələrin sənədləşməsində ciddi nöqsanlara yol verildiyi və gübrələrin dəyərinin vaxtlı-vaxtında ödənilmədiyinin nəzərə çatdırıb.   

Müşavirədə fəaliyyətində ciddi nöqsanlara yol vermiş 8 aqroservis filialının rəhbəri işdən azad olunub, 6 rayon aqroservis rəhbərinə isə fəaliyyəti araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi nəzərlərinə çatdırılıb.  Cəzalandırılanlar arasında "Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov da var, nazir ona xəbərdarlıq edib. Müavini Aydın Əzizova isə töhmət verib.  ASC-nin "qrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri Sənan Zeynalov isə işdən azad olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA