Rövnəq Abdullayev: "Yalandır, stadion çökməyib..."

img

06-03-2015 [23:41]


"Dövlət komissiyası Bakı Olimpiya Stadionunun təhvil-təslim aktını imzalayıb".

Bu barədə jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib.

O, bildirib ki, stadion Gənclər və İdman Nazirliyinə ən yüksək standartlara uyğun vəziyyətdə təhvil verilib. 

R.Abdullayev arenanın çökdüyü barədə xəbərləri təkzib edib: "Hamısı boş şeydir, şayiədir. Kimlərsə Bakıda keçiriləcək I Avropa Oyunlarına kölgə salmaq istəyir. Mən də bu şayiələri eşitdim. Bu, Azərbaycanda təşkil olunacaq nüfuzlu yarışa növbəti dəfə qara yaxmaq cəhdidir".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda ilk nüfuzlu tədbir iyunun 12-də keçiriləcək. Həmin gün I Avropa Oyunlarının açılış mərasimi təşkil olunacaq (report.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA