DİN şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidməti davam etdirir

img

06-03-2015 [23:33]


Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, respublikanın Oğuz, Samux, Tərtər, Qax, Qusar, Gədəbəy, Şamaxı və Naftalan RPŞ-lərin müvafiq orqan əməkdaşlarının iştirakı ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı növbəti səyyar xidmət keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, tədbirlər zamanı adları çəkilən rayonlardakı orta məktəblərin buraxılış sinif şagirdlərinin və şəxsiyyət vəsiqələrinin etibarlıq müddəti bitmiş, ümumilikdə, 1100 nəfərə yaxın şəxsin  sənədləri qəbul edilib və onlara yeni vəsiqələr təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA