06-03-2015 [14:14]
Vətəndaşların hüquq və mənafelərinin pozulmasına, o cümlədən onların müraciətlərinə qayğılı və həssas yanaşılmamasına, süründürməçiliyə yol verilməsinə və digər nöqsanlara görə 68 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib.
Modern.az saytının verdiyi xəbərə görə, bu barədə ombudsman Elmira Süleymanova Milli Məclisdə 2014-cü il üzrə illik hesabatını təqdim edərkən bildirib. O qeyd edib ki, onlardan 8-i ədliyyə orqanlarından xaric edilib, eləcə də 2 nəfərin əməlinə hüquqi qiymət verilməsi üçün materiallar prokurorluq orqanına göndərilib, 22-si tutduğu vəzifədən azad olunub, 12-nə tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilib, 14-nə şiddətli töhmət, 10-na töhmət və 2-nə irad tutulub: "Ötən il məhkəmə qərarlarının icrası ilə bağlı daxil olan 704 müraciətin təhlili onu deməyə əsas verir ki, məhkəmə qərarlarının icrasının bir çox hallarda əsassız olaraq yubadılması, süründürməçilik hallarına yol verilməsi, vətəndaşların incidilməsi, hüquqazidd hərəkət və nöqsanlar ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərməklə yanaşı, vətəndaşların konstitusiya ilə müəyyən edilən hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnu pozur. Ümumiyyətlə, bəzi məhkəmə icraçılarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti nəticəsində bir sıra məhkəmə qərarları icra edilməyib və ya uzun müddət icrasız qalıb. Bu da məhkəmə qərarına müvafiq olaraq tələbkar qismində çıxış edən vətəndaşların hüquqlarının pozulması ilə nəticələnib”.
Ombudsman qeyd edib ki, alimentin ödənilməsi tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı 248 müraciət daxil olub: "Alimentin borclu tərəfindən vaxtaşırı ödənilməməsi və ya ödənişdən boyun qaçırması, yaxud ödənişin yubadılması üzrə şikayətlər daha çox olub”.
Sənəddə qeyd olunub ki, boşanmaların sayının artması, belə anaların əksər hissəsinin işləməyən, himayəsində azyaşlı uşaqlar olan və yeganə təminat vasitəsi kimi alimentə daha çox ehtiyacı olan evdar qadınlar olduğunu, habelə alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemləri nəzərə alaraq "Aliment Fondu”nun yaradılması zəruridir. Həmçinin müvəqqəti saxlama yerlərində (MSY) intizam qaydalarını pozduğuna görə 77 polis əməkdaşı cəzalandırılıb. Onlardan 8 nəfəri daxili işlər orqanlarından çıxarılıb, 2-si isə tutduğu vəzifəsindən azad edilib. 67 nəfər barəsində digər intizam tədbirləri görülüb. 2014-cü il ərzində müvəqqəti saxlama yerlərində 237, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 1030, şəxslərin təkidi və müraciəti əsasında isə 250-dək saxlanılan şəxslərlə görüş keçirilib. MSY-də nöqsanlara yol verdiyinə görə Nizami rayon və Sumqayıt şəhər Polis İdarələrinin MYS-lərinin rəisləri, Sumqayıt şəhər Pİ-nin 1-ci və 3-cü polis bölməsinin, Sabunçu rayon 14-cü polis bölməsinin, Kürdəmir və Samux rayon polis şöbələrinin məsul şəxslərinə xəbərdarlıq edilərək töhmət verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi