Müdafiə Nazirliyindən təyyarə qəzası ilə bağlı AÇIQLAMA

img

05-03-2015 [13:09]


Azərbaycanın Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə keçirilən təlim zamanı baş verən təyyarə qəzası haqda açıqlama verib.


Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı AzVision.az-a açıqlamasında bildirib ki, qəzaya uğrayan "F-4” E 2020 tipli hərbi təyyarə Türkiyə HHQ-ya məxsusdur: 

"Azərbaycan Silahlı Qüvvələrinin heyəti tam formada həmin təlimlərdə iştirak edir. Heç bir problem yoxdur”. 

Qeyd edək ki, bu gün Bakı vaxtilə saat 11:50 radələrində Türkiyə Hərbi Hava qüvvələri ilə Azərbaycanın keçirdiyi birgə "TurAz Şahini 2015” hərbi təlimləri zamanı təyyarə qəzaya uğrayıb. Qəza zamanı 2 hərbçi dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA