Belvita. Ləziz səhər! - Təqdimat (FOTO)

img

05-03-2015 [12:34]


Bakının mərkəzində "Belvita. Ləziz səhər!” adlı peçenyenin təqdimat mərasimi keçirilib.


Mia.az xəbər verir ki, məşhur jurnalist və bloqerlərin, şou-biznes nümayəndələrinin və digər tanınmış simaların iştirak etdiyi tədbirin əsas mövzusu - səhər yeməyi və onun gündəlik həyatımızdakı əhəmiyyətli rolu olub.

 Mərasimin aparıcısı, paytaxtın populyar kulinarı Fərhad Aşurbəyli, tədbiri qonaqlarla fotosessiyadan başlayaraq daha sonra təşrif buyuranlara təqdimat nümayiş etdirdi. Dəvət olunmuş hər bir kəs düzgün səhər yeməyi haqqında öz şəxsi fikrini bildirib. 

Səhərlər düzgün balanslaşdırılmış və ləziz səhər yeməyi hazırlamaq üçün kifayət qədər vaxt olmadıqda nə etməli? Səhər yeməkləri üçün yaradılmış Belvita belə məqamlarda Sizin səhər yeməyiniz üçün dadlı və rahat seçimdir! 

Enerji dolu səhər yeməyi hazırlamaq üçün cəmi 5 dəqiqə vaxt tələb olunur: sadəcə 4 ədəd Belvita peçenyesini zövqünüzə görə süd məhsulları, meyvə və ya təbii şirə ilə hazırlayın. Və faydalı, ləziz səhər yeməyiniz hazırdır! 

Məxsusi olaraq səhər yeməyi üçün nəzərdə tutulan və taxıllarla, qida lifləri, vitamin və minerallarla zəngin olan Belvita məhsulunun tərkibində boya maddələri və konservantlar yoxdur. Ən başlıcası isə Belvita gün ərzində gümrah və daha yaxşı əhval-ruhiyyədə olmanız üçün bir enerji qaynağı kimi Sizi bütün zəruri karbohidratlarla təmin edəcək.

Belvita məhsullarındadənli bitkilərin tərkibində olan kompleks karbohidratların yüksək keyfiyyətinin qorunması  üçün istehsal prosesi ciddi nəzarət altında həyata keçirilir. Belvita ilə balanslaşdırılmış səhər yeməyindən sonra mürəkkəb karbohidratlar 4 saat ərzində həzm olunur ki, buda Sizin günə yaxşı başlamanızı və gün ərzində enerjili və gümrah olmanızı təmin edir.

Fərhad Aşurbəyli dəvət olunmuş qonaqlara "Belvita. Ləziz səhər!” balanslaşdırılmış peçenye ilə hazırladığı səhər yeməklərinin  reseptlərini təqdim edərək onlara gələcəkdə də bu reseptlərdən faydalanmağı məsləhət gördü. Xoş ovqat və yüksək əhval-ruhiyyə şəraitində keçən səhər yeməyindən zövq alan qonaqlar balanslaşdırılmış qidalanma haqqında yeni və maraqlı faktlar öyrənmiş oldular. 

Qeyd edək ki, Azərbaycanda Belvita peçenyesinin üç növü təqdim olunacaq: şokolad parçaları ilə; dənli bitkilərlə; bal, qoz-fındıq, şokolad parçaları ilə. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA