05-03-2015 [00:00]
«Bu gün Azərbaycanın daxilində olan müəyyən qüvvələr insanların əsəblərini tarıma çəkməkdən ötəri düşünülmüş adımlar atırlar».
Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, həmin qüvvələr manatın məzənnəsinin aşağı enməsindən sonra öz mənfur planlarını gerçəkləşdirməyə başlayıblar: «Dövlət başçısının tapşırıqlarına baxmayaraq, bəziləri sabotajla məşğuldur. Onu da deyim ki, bütün bunlar böyük dövlətlərin analitik mərkəzlərində hazırlanan bir plandır. Dollardan asılılığı aradan qaldırmaq olardı, amma bunu daha ağılı şəkildə eləmək olardı. Bu gün ölkədə böyük narazılıq yaranıb. Dövlətə aid olmayan məsələləri də onun ayağına yazırlar ki, insanlar narazı qalsınlar. Bu proses hakimiyyətə gəlmək istəyən qüvvələrin də əlinə kozr verdi».
H.Hacıyevin sözlərinə görə, artıq beynəlxalq təşkilatların beyin mərkəzlərindən burdakı qüvvələrə «başla» əmri gəlib: «Ona görə də bəzi qüvvələr qarşıdurma mühiti hazırlayımağa başlayıblar. Sifarişlə xalqın içinə girirlər, narazı kütləni daha da aqressivləşdirməyə çalışırlar. Xatırlayırsınızsa, mən iki-üç ay əvvəl də demişdim ki, böyük bir plan hazırlanır və mart ayından etibarən start götürəcək. Artıq gördünüz ki, dediklərim reallaşmaqdadır. Dövləti, milləti istəyən qüvvələr çox ayıq-sayıq olmalıdır. Çünki vətəndaş qarşıdurmasına hesablanan bir mənfur plan var ki, onun qarşısı alınmalıdır. Bizdə də çox ciddi məlumatlar var ki, Avropa Oyunları ərəfəsində Azərbaycanın imicinə zərbə vurmaq istəyən qüvvələr var. Hesab edirəm ki, hər kəs dövlətimizin ümummilli maraqlarının keşiyində dayanmalıdır».
MMP sədri onu da nəzərə çatdırıb ki, xarici mərkəzlərin mətbəxində hazırlanan həmin planların icra olunmasında Azərbaycanın daxilindəki müəyyən qüvvələrin də rolu var: «Bu gün xarici banklarda milyonları olan şəxslər pullarını qorumaq üçün ən mənfur planın iştirakçısı olmağa hazırdırlar. Pullarının batmamasına görə həmin şəxslər xarici kəşfiyyatın bütün əmrlərinə baş əyməyə hazırdırlar. Düzdür, mən bunu deməklə özümə qəbir qazmış oluram, amma mən millətimin yolunda canımdan da keçməyə hazıram. Mərkəzi Bankın İdarə Heyətinin sədri böyük bir xəyanət elədi. Prezident ona deməmişdi ki, bir gecənin içində məzənnəni bu şəkildə dəyiş. Əgər bu adam pul siyasətinə cavabdehdirsə, ən optimal variant seçməlidir ki, bu cür problemlər ortaya çıxmasın. Amma fərqli bir situasiya yarandı. Bu da onu göstərir ki, bəzi məmurlarımızın quyruğu xarici dövlətlərin əlindədir. Təkcə Elman Rüstəmov deyil, başqaları da var».
H.Hacıyev onu da vurğulayıb ki, MMP və siyasətçi kimi özü də prezident İlham Əliyevin qorunması üçün əlindən gələni edib və bundan sonra da edəcək: «Mən qardaşımın yolunda ölümdən də qorxmuram. Amma neçə ilər onun çörəyini yemiş adamlar bu ağır gündən arxa durmurlar. Əksinə sabotajla məşğuldurlar. Adını müxalifət qoyan satqınlar dəstəsi də zaman gözləyirlər ki, ovlarını eləsinlər. Ona görə də mən çox narahatam. Amma bir şeyi unutmasınlar, nə qədər ki, Müasir Müsavat Partiyası və Hafiz Hacıyev var, onlar öz çirkin niyyətlərinə çatmayacaqlar».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi