Dərnəgüldə 80 metrlik qüllədən aslı vəziyyətdə qalan fəhlələr xilas olundu - FOTOLAR

img

04-03-2015 [17:55]


Dərnəgüldə 80 metrlik qüllədə asılı vəziyyətdə qalan fəhlələr xilas olunub. 

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Telman Əliyusif oğlu Axundov, onun qardaşı 1995-ci il təvəllüdlü Şamo Axundov və 1993-cü il təvəllüdlü Cəbrayılov Elton Əlibala oğlu xilasedicilər tərəfindən aşağı düşürdülüblər.

Fəhlələr heç bir xəsarət almayıb.

Qeyd edək ki, hadisə Dərnəgüldə köhnə istixananın sökülməsi zamanı baş verib.

Fəhlələr köhnə istixananın qüllələrini sökmək istəyərkən ayaqları altında qoyulan dəmir dirəklər laxlayıb. Sonradan isə dirəklər aşıblar. Bu zaman fəhlələrdən 3-ü qüllədən asılmış halda qaıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım həkimləri çağırılıb.

Fəhlələrin xilas edilməsi üçün xilasedicilər bir neçə saat çalışıblar.

Qeyd edək ki, qüllənin hündürlüyü 80 metrdir.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA