Oqtay Şirəliyevdən sərt addım; Nazirlik 4 klinikanı cəzalandırdı

img

04-03-2015 [13:31]


Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısını almaq məqsədilə nəzarəti gücləndirib.

Nazirlikdən verilən məlumata görə, son dövrlərdə keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib.

Belə pozuntulara yol verdiklərinə görə "Bioloji Təbabət" MMC, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, «İdeal Tibb Şirkəti» MMC və «Diaqnoz Tibb Şirkəti» MMC şirkətləri barəsində mövcud qanunvericiliyə və İnzibati Xətalar Məcəlləsinin müvafıq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA