Komitə sədri səhhəti haqda yayılan xəbəri yalanladı

img

04-03-2015 [12:35]


İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov səhhəti ilə bağlı Hafta.az-a açıqlama verib.

O bidirib ki, bir neçə gün öncə mətbuatda onun hərbi hospitala yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər yalandır:

"Yazırlar ki, Elçin Behbudovun vəziyyəti ağırlaşır. Bu artıq bir cəfəngiyyatdır. Hər bir insan müəyyən zaman kəsiyində tibbi müayinə olunmalıdır.  Məndə də bir balaca "şəkər” olduğu üçün tibbi müayinədən keçirəm. Hazırda ev şəraitində dərmanlarımı qəbul edib, müalicəmi davam etdirirəm”.

E.Behbudov yaxın günlərdə  saxlanma yerlərində monitorinqlərə də başlayacaqlarını söyləyib:

"Yaxın günlərdə  Dövlət Miqrasiya Xidməti Mərkəzinin saxlanma yerinə, Şəki, Beyləqandakı saxlanma yerlərinə gedərək monitorinq keçirəcəyik. Monitorinqlər ya Novruz Bayramından əvvəl, ya da dərhal sonra baş tutacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA