Cəbhədə erməni polkovniki öldürülüb

img

04-03-2015 [08:59]


Fevralın 28-də cəbhə xəttində öldürülən hərbçilərdən biri podpolkovnikdir.

Bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, həmin gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində öldürülən 1979-cu il təvəllüdlü Artak Aqekyan podpolkovnik, 1995-ci il təvəllüdlü Ayk Baroyan isə müddətdən artıq xidmət edən əsgərdir.

Xatırladaq ki, fevralın 28-də Ermənistan ordusu cəbhə xəttində ağır itki verib. Həmin gün saat 14:25 radələrində Qarabağın şimal-şərq hissəsində düşmənin diversiya-kəşfiyyat qrupunun 2 hərbçisi öldürülüb.

Daha sonra həmin gün erməni hərbi bölmələri ikinci dəfə diversiya edərkən 6 düşmən əsgəri məhv edilib. (Ans)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA