03-03-2015 [17:00]
Bu gün Gəncə şəhər İcra Hakimiyyətində şəhər fəallarının yığıncağı keçirilib. Yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Prezident Aparatının məsul işçisi Vəfadar Bağırov, şəhər rəsmiləri, ziyalılar, ağsaqqallar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə geniş söhbət açılıb.
Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında keçirilən yığıncaqda tədbir iştirakçıları şəhərin sosial-iqtisadi və mədəni inkişafında əldə olunan nailiyyətləri əks etdirən sənədli filmi izləyiblər.
2014-cü ildə görülən işlər barədə hesabat verən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu gün Gəncə şəhəri öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır. Əldə olunan bütün uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhərimizə xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş sosial-iqtisadi siyasəti dayanır.
"Ötən il Gəncə şəhərinin tarixində əlamətdar hadisələrlə zəngin olub. Gəncə şəhər ictimaiyyəti hələ də ölkə prezidenti cənab İlham Əliyevin il ərzində 3 tarixi səfərinin, həmçinin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səfərlərinin xoş təəssüratları içərisində yaşayırlar. Ölkə başçısının hər səfərində olduğu kimi, bu səfərləri çərçivəsində də mühüm sosial–iqtisadi və mədəni obyektlərin təməlqoyma və açılış mərasimləri keçirilib, hesabat dövrü ərzində dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən yüksək səviyyədə yerinə yetirilib”.
2014-cü ildə Gəncədə ümumi məhsul buraxılışı 12 faiz artıb ki, bunun da 24,3 faizi sənaye sahəsinin payına düşüb. Şəhər iqtisadiyyatında çalışanların orta aylıq əmək haqqı ötən illə müqayisədə 5,9 faiz artıb.
Ümumi istehsalın 88,3 faizi sənaye məhsulu istehsalının, 11,7 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.
Yığıncaqda Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, xalq artisti Məmmədəli Balayev, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və başqaları Gəncəyə və gəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğıya görə prezident İlham Əliyevə, hər zaman gəncəlilərə kömək və dəstək olan Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını bəyan ediblər.
Tədbirdə yığıncağın qərar layihəsi qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi