Azərbaycanda daha bir sayt fəaliyyətini dayandırdı

img

03-03-2015 [13:38]


Azərbaycanın internet mediasında daha bir sayt fəaliyyətini dayandırıb.

Mia.az xəbər verir ki, "KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı bu gündən yenilənmir.



Qeyd edək ki, "KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı 2012-ci il aprel ayının 10-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun ideya müəllifliyi və təşəbbüsü ilə yaradılıb.

2012-ci ilin sentyabr ayının əvvəllərindən internet məkanına daxil olan KarabakhİNFO.com beynəlxalq elektron jurnalının yaradılmasında məqsəd Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, yerli və beynəlxalq ekspertlərin fikirlərini oxucularla paylaşmaqdır. Saytın materialları on dildə (Azərbaycan, ingilis, erməni, alman, rus, türk, ispan, italiyan, fransız və ərəb) təqdim olunurdu.

Xatırladaq ki, martın 1-dən etibarən "Teleqraf Holding” və " APA Holding”in tərkibinə daxil olan 6 sayt da ("Kult.az”, "Tabloid.az”, "İsvestiya.az” və "Kulis.az”, "Ailem.az” , "Avtolent.az”) fəaliyyətini dayandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA