Komitə sədrinin qardaşı "bankrot" oldu - maaş verə bilmir

img

02-03-2015 [20:59]


Bakıda dəniz içərisində "Xəzər adaları” layihəsini həyata keçirən "Avesta Consern” işçilərinə maaş verə bilmir.

Əməkdaşların "Marja”ya verdikləri məlumata görə, şirkət sonuncu dəfə ötən ilin dekabr ayında əməkhaqqı verib. İki aydan çoxdur əmək haqqı almayan işçilər çətin vəziyyətdədirlər. Bu səbəbdən, bir neçə işçi öz istəyi ilə işini tərk edib.

Şirkətin işçilərinin sözlərinə görə, işlərin dayanmaması üçün yalnız torpaq daşıyan sürücülərin maaşları verilib. Şirkətdən işçilərə bildiriblər ki, iqtisadi vəziyyət ilə bağlı banklar şirkətə pul ayırmadığından əmək haqlarını ödəyə bilmirlr. 

Onu da qeyd edək ki, "Xəzər adaları" layihəsinin rəhbəri İbrahim Nehrəmlidir. O, komitə sədri Nazim İbrahimovun qardaşıdır.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA