"142-Çağrı mərkəzi"nə 7903 müraciət daxil olub - Nazirlik

img

02-03-2015 [15:55]


Cari ilin fevral ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142-Çağrı mərkəzi"nə 7903 müraciət daxil olub. 

Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, onlardan 7216-ı, yəni 91,3 faizi ƏƏSMN-nin fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar  sorğu xarakterli müraciətlər olub və nazirliyin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilməklə şifahi şəkildə cavablandırılıb. Qalan 687 müraciətdə isə ayrı-ayrı vətəndaşların bu və ya digər hüquqlarının müəyyən edilməsi məsələləri, təklif və şikayətləri əksini tapıb və onlar araşdırılaraq cavablandırılması üçün müraciət vərəqəsi tərtib edilməklə nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib. 

Ümumilikdə, son bir ayda "142-Çağrı mərkəzi”nə daxil olan 7903 müraciətin 43,0%-i sosial təminat, 24,97%-i əmək qanunvericiliyi, 13,32%-i nazirliyin elektron xidmətlərindən, 11,3%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 7,41%-i  məşğulluq və istifadə məsələləri ilə bağlı olub. ƏƏSMN tərəfindən vətəndaşların müraciətlərinin operativ və obyektiv, qanunvericiliyin tələblərinə uyğun formada cavablandırılması təmin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA