02-03-2015 [14:50]
Mərkəzi Bankın 21 fevral tarixində Azərbaycanda vilyuta məzənnələri ilə bağlı gözlənilməz qəfil qərarı hələ də cəmiyyətin əsas müzakirə mövzusudur. Əhali dollar-manat münasibətlərinin bazara göstərdiyi kəskin bahalaşma təsirinin qayğısını çəkir, banklardan dollarla kredit alanlar isə həyəcanla prosesləri izləyirlər. Cəmiyyətin "beyin mərkəzləri” isə bu qərardan bir neçə gün əvvəl iş adamları və vəzifəli məmurların manatla saxladıqları çox böyük pullarını müxtəlif yollarla dollara dəyişərək, bir gecədə qazanılan milyonlarla bağlı gəzən söhbətlərin necə meyddana çıxmasını araşdırırlar.
Mia.az xəbər verir ki, bu və ya
digər məsələlərlə bağlı «Reytinq»i məlumatlandıran informasiyalı qaynağın sözlərinə
görə, devalvasiya qərarının əvvəlcədən kənara sızdırlmasında Mərkəzi Bankın sədri
Elman Rüstəmov və onun yaxın ətrafı da çox böyük rol oynayıb. Hətta Rüstəmov və
onun çevrəsinin bununla çox böyük pullar qazandığı da iddia olunur «Bildiyiniz kimi,
hələ ötən ilin oktyabr ayından etibarən, Azərbaycanda valyuta məzənnələrinin kəskin
dəyişəcəyi barədə söz-söhbət vardı. Düzdür, o zaman qabağı görməyi bacaranlar işlərini
ehtiyatlı tutaraq, valyutalarını dollar və ya avroya çevirməyə başladılar. Lakin
Prezident İlham Əliyevin «ASAN Xidməti»in Sabirabadda keçirilən açılış mərasimində
dünyada gedən iqtisadi proseslərin, xüsusiylə neftin qiymətinin kəskin enişinin
Azərbaycaanın iqtisadiyyatına təsirinin olmayacağı haqda bəyanatı və manaatın kursunun
stabil qalacağı haqda verdiyi açıqlamalardan sonra Rusiya mili pulunun üzləşdiyi
vəziyyətin Azərbaycanda təkrarlanma ehtimalını azaltdı. Ancaq neftin qiymətinin
kəskin enməsi, qonşu dövlətlərdə milli pularla bağlı siyasətin dəyişməsi Azərbaycanda
da vəziyyəti dəyişmək zərurətini gücləndirdi. Hakimiyyət əvvəlki kimi, rezervləri
manatın stabil qalmasına xərcləmək istəmədi. Və bununla da noyabrın sonlarından
etibarən başlayan devalvasiya qərarının üzərində dartışma yüksəldi. Hətta deyə bilərəm
ki, dekabrın son ongünlüyündə hakimiyyətin üst pillələrində bu prosesin mərhələlərlə
və ya kəskin aparılması barədə ciddi fikir dartışması vardı. Xatırlayırsınızsa,
prezident İlham Əliyev yanvar ayında nazir və icra başçıları ilə son müşavirəsində
bu məsələ ilə bağlı mesajını açıqladı və manatın avro ilə münasibətlərinin ilkin
konturlarını verdi. O zaman ekspertlər manatın ilin sonuna qədər, özü də mərhələlərlə
ancaq və ancaq 10 faiz dəyərdən düşəcəyini bəyan elədi. Bu isə insanlarda böyük
rahatlıq yaratdı. Və pulu adamlar ehtiyatlarını dəyişmək zərurətinə ehştiyac duymadı.
Ancaq sonradan kəskin devalvasiya qərarına üstünlük verənlər mərhələli prosesdən
vaz keçilməsi təklif edənlərə qalib gəldi. Artıq fevralın əvvəlində kəskin
devalvasiya qərarının verilməsi qətiləşdi və bu qərarın fevralın 21-də
açıqlanması qərara alındı. Maraqlı budur ki, bu prosesdən hakimiyyətin ən üst səviyyəli
məmurları iilə yanaşı, Mərkəzi Bankın sədri əvvlcədən məlumatlı ollub. Ancaq feralın
21-də verilən qərardan sonra müəyyən dairələrlə aydın olub ki, əslində, manatın
devalvasiyasının kəskin aparılacağı barədə siyasi qərarı kənara sızdıran məsul şəxslər
olub. Və bunun başında isə Elman Rüstəmovun durmasına artıq şübhə edilmir.
Xüsusi ilə onun yaxın çevrəsinin bu qərardan az əvvəl atdıqları addımlar bu qənaəti
gücləndirib».
Məlumatlı
şəxs deyir ki, Elman Rüstəmovun bizneslə məşğul olan çox yaxın ətrafını və nəzarətində
olan bir neçə bankı kəskin devalvasiya qərarından 10-15 gün əvvəl məlumatlandırdığı
haqda ciddi şübhələr var: «Bir qədər araşdırma aparsanız, özünüz də görəcəksiniz
ki, Elman Rüstəmovun şəxsi himayəsində olan bir neçə bank devalvasiya qərarından
10-15 gün əvvəl əsas müştərilərini çağıraraq, manatla bağlanan müqavilələri dəyişdiriblər.
Və demək olar ki, bütün kredit müqavilələri dollarla bağlanıb. Hətta Elman Rüstəmova
yaxın olan bir neçə böyük maşın satışı ilə məşğul olan firmaların da bu qərardan
əvvəl təlimatlandırıldığına dair əsaslı şübhələr var. Belə ki, onların da həm köhnə,
həm də yeni müştəriləri ilə müqavilələri dollara əvəzləmələri haqda faktlar az
deyil. Hətta onlar şübhə çəkməmək üçün 21 fevral qərarından təxminən 20 gün əvvəl
kreditlə avtomobil satışında kəskin endirim gedib, müqavilələri manatla deyil,
dollarla bağlamalarının da təsadüf olduğunu iddia etmək gülünc olar. Xüsusi ilə
Elman Rüstəmova bağlı olan sahibkarlar həmin tarixlərdə endirimli reklam çarxları
dövriyyəyə buraxaraq, xeyli müştəri cəlb etdilər, ancaq manatla elan olunan
qiymətlərə rəğmən, müqavilələr dollarla bağlanıb. Eyni zamanda, qanunazidd olaraq,
nəğd maşın satışı da dollarla aparılıb. Həmin müddətdə müştərilər bunun fərqinə
varmadı. İndisə onlar çıxılmaz vəziyyətlə üzləşiblər. Bütün bu məsələlərdə Elman
Rüstəmov və onun qohumlarının nəzarətində olan şirkətlərin rolu təkzibolunmazdır».
Müsahibimiz
deyir ki, Elman Rüstəmovun yaxın qohumlarından biri, iri dövlət müəssisələrinin
keçirdiyi tenderlərdə şübhəli şəkildə qalib olan şəxs də devalvasiiya qərarından
bir neşə gün öncə çox böyük pul götürüb: «Elman Rüstəmovun xalası oğlunun da adının
hallandığı həmin "əməliyyat”ın detalları cəmiyyət üçün açıqlansa, böyük şok yaşanar.
Bəli, Elman Rüstəmovun bizneslə məşğul olan qohumları və xalası oğlu hətta 21 fevral
qərarından bir gün əvvəl də böyük pullar dəyişiblər. Hətta onun ölkənin cənub rayonlarında
iri layihə həyata keçirən yaxın qohumlarından birinin fevralın 20-də 20 milyon manat
dəyişdirməsi haqda da söhbətlər var. Bir
gecədə aparılan bu "əməliyyat” nəticəsminjə qazanılan pulun 10 milyon manata
yaxın olduğunu düşünsək, Elman Rüstəmov və yaxın qohumlarının dövlətin gizli siyasətini
necə faş edib, nə qədər qazanmalarını xüsusi izah etməyə ehtiyac qalmır. Bəli, Elman
Rüstəmov və yaxınları devalvasiya qərarından ümumilikdə bəlkə də bir neçə 10 milyonlar irəli düşdülər. Amma unutmaq olmaz ki, dövlətin sirini yaxın adamlarına sızdırmaqla,
qazanılan bu pullar, əslində, cinayət xarakterlidir. Hesab edirəm ki, aprel ayında
səlahiyyət müddəti başa çatan Elman Rüstəmovun yenidən 5 il müddətinə Mərkəzi Bankın
sədri seçilib-seçilməyəcəyi bu cür «əməliyyatlar»la bağlı aparılan araşdırmalardan
aslı olacaq. Mümkündür ki, onun 20 illik sədr fəaliyyətinə son verilərək, yaxınları
ilə birgə məsuliyyətə cəlb olunması da gündəmə gətirilsin».
Müsahibimiz
Elman Rüstəmov və onun yaxın çevrəsinin nəzarəti altında olan MMC-lərin «Azərsu»
ASC və digər iri müəssisələrdə həyata keçirdikləri layihələrdən də danışıb.
Bildirib ki, 400 milyonluq bir layihə və orada yaranan şübhəli bir məqam da bəzi
dairələrin diqqətindən yayınmayıb: «Bildiyimə görə, həmin layihədə iştirak edən
Elman Rüstəmovun yaxınlarının devalvasiya qərarından öncə həmin pulları hesabdan
çıxarıb-çıxarmadıqları da ciddi araşdırma mövzusudur. Çünki iki dəfəyə -
250+150 milyon ayrılmaqla, 400 milyona rəğmən, nəzərdə tutulan işlər 2 aydır
dayandırılıb. Hətta ayrılan pullara rəğmən, görülən işlər də uyğunluq təşkil etmir.
Bu isə ortaya daha bir əsaslı şübhə çıxarıb».
Mənbə Elman Rüstəmovun «patronluğu» ilə 400 milyonluq layihədən tutmuş, «Planet» restoranı yaxınlığında iki hektara qədər ərazinin ələ keçirilməsinə kimi, çox ilginc məsələlərdən də söz açıb. Bu «əməliyyat»ların başında duran adamların sərvətləri isə heyrət doğurmaya bilməz.
Bu və ya
digər məsələlərlə bağlı «Reytinq»in araşdırmalarını növbəti saylarımızda oxuya bilərsiniz.
Qarşı tərəfin
mövqeyinə də yer ayırmağa hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi